Gürcüstanda kimyəvi və nüvə silahlarının zərərsizləşdirilməsi üzrə təlim keçirilib

Gürcüstanda kimyəvi və nüvə silahlarının zərərsizləşdirilməsi üzrə təlim keçirilib Təlimləri Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları da izləyiblər
Region
17 İyun , 2017 22:41
Gürcüstanda kimyəvi və nüvə silahlarının zərərsizləşdirilməsi üzrə təlim keçirilib

Tbilisi. 17 iyun. REPORT.AZ/ Gürcüstanın Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin hissələri terrora qarşı mübarizə ilə bağlı birgə təlim keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təlimləri Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları izləyiblər.

Təlimlərdə DİN-in xüsusi tapşırıqlar, eləcə də fövqəladə vəziyyətlərin idarə olunması, minaların zərərsizləşdirilməsi və antiterror departamentlarinin xüsusi dəstələri iştirak ediblər.

Onlar şərti olaraq terror əməliyyatlarının qarşısının alınması, kimyəvi və nüvə silahlarının zərərsizləşdirilməsi kimi tapşırıqları icra ediblər.

Daxili işlər naziri Georgi Mqrebrişvili açılış mərasimində deyib ki, terror çox ciddi problemdir və onun qarşısının alınması hüquq-mühafizə orqanları üçün ən başlıca vəzifədir.

Təlimlərin məqsədi hüquq-mühafizə orqanlarının terrora qarşı mübarizə sahəsində vərdiş və bacarıqlarını artırmaqdır.

Bu cür təlimlərin gələcəkdə digər qonşu dövlətlərin müvafiq strukturları ilə birgə keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi