Azərbaycan helikopteri Gürcüstanda itkin düşən balıqçıların axtarışına cəlb olunub - YENİLƏNİB-3

Azərbaycan helikopteri Gürcüstanda itkin düşən balıqçıların axtarışına cəlb olunub - YENİLƏNİB-3 Gürcüstanda Candargöldə itkin düşən iki balıqçının axtarışları hələlik heç bir nəticə verməyib.
Region
2 Dekabr , 2019 18:29
Azərbaycan helikopteri Gürcüstanda itkin düşən balıqçıların axtarışına cəlb olunub - YENİLƏNİB-3

Gürcüstanda Candargöldə itkin düşən iki balıqçının axtarışları hələlik heç bir nəticə verməyib.

“Report”un yerli bürosu xəbər verir ki, iki helikopterlə axtarış hava qaranlıq olduğundan dayandırılıb.

Xilasedici qrup isə ərazidə qalmaqda davam edir.

Bu vaxta qədər axtarış-xilasetmə əməliyyatında biri Azərbaycandan olmaqla iki helikopter iştirak edib.

Qeyd edək ki, iki gənc balıqçı bu gün günorta saatlarında itkin düşüb. Gənclərin qohum olduqları bildirilir. 


*** 17:01

Gürcüstanın Qardabani rayonunda, Candargöldə itkin düşən balıqçıların axtarışlarına Azərbaycan tərəfindən helikopter də cəlb olunub.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda axtarış-xilasetmə əməliyyatında iki helikopter iştirak edir. 


*** 15:45

Gürcüstanın Qardabani rayonunda, Candargöldə itkin düşən iki balıqçının axtarışları davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, axtarış-xilasetmə əməliyyatına Gürcüstanın Sərhəd Polisinin helikopteri cəlb olunub.

Axtarış-xilasetmə işlərinə 20-yə yaxın xilasedici cəlb olunub.

Qohumları balıqçıların gölün Azərbaycan hissəsində olduğunu ehtimal edirlər.

Qeyd edək ki, Candargöl Azərbaycan və Gürcüstan arasındakı sərhədin tam ortasından keçir və Ağstafa rayonu ərazisində yerləşir. 


*** 14:18

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda yerləşən Candargöldə iki balıqçı itkin düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Güclü külək balıqçıların olduğu qayığı aşırıb.

Hazırda göldə xilasetmə qrupu iş aparır. İtkin düşən şəxslərin axtarışlarına helikopterin cəlb olunacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi