Gürcüstanda iki mikroavtobus toqquşub, 28 nəfər xəsarət alıb

Gürcüstanda iki mikroavtobus toqquşub, 28 nəfər xəsarət alıb Qəzanın törədilməsində günahı olan sürücünü cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir
Region
23 Avqust , 2017 10:57
Gürcüstanda iki mikroavtobus toqquşub, 28 nəfər xəsarət alıb

Bakı. 23 avqust. REPORT.AZ/ Gürcüstanın Quriya şəhəri ilə Acariya Respublikasını birləşdirən avtomobil yolunda iki sərnişin mikroavtobusunun toqquşması nəticəsində 28 nəfər xəsarət alıb.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, qəza Quriyanın Qara dəniz sahilində yerləşən Şekvetili kurort qəsəbəsində baş verib. 

Məlumata görə, xəsarət alanlar Acariyanın Kobuleti şəhər xəstəxanasına yerləşdiriliblər. Yaralıların 4-nün vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın törədilməsində günahı olan sürücünü cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi