Gürcüstanda iki Çin vətəndaşı həkim nəzarətinə götürülüb

Gürcüstanda iki Çin vətəndaşı həkim nəzarətinə götürülüb “Gürcüstanda səfərdə olan iki Çin vətəndaşı həkimlərin nəzarətinə götürülüb”.
Region
29 Yanvar , 2020 14:17
Gürcüstanda iki Çin vətəndaşı həkim nəzarətinə götürülüb

“Gürcüstanda səfərdə olan iki Çin vətəndaşı həkimlərin nəzarətinə götürülüb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, çinli ziyarətçilər hazırda Batumi şəhərindədirlər: “Çin vətəndaşlarının temperaturu 37 dərəcə təşkil edir. Onlar Çində koronavirusun yayıldığı əyalətə yaxın yerdən gəliblər. Ötən gün mütəxəssislər onlara baş çəkiblər. Onlardan götürülən analiz nümunələri laboratoriyada yoxlanılacaq”.

Çin vətəndaşlarının Gürcüstan ərazisinə nə zaman daxil olduqları hələ məlum deyil. 

Son xəbərlər

Orphus sistemi