Gürcüstanda İŞİD-ə muzdlu əsgər göndərən şəxslər həbs olunub

Gürcüstanda İŞİD-ə muzdlu əsgər göndərən şəxslər həbs olunub İŞİD qruplaşmasının liderlərindən biri olan Tarxan Batiraşvilinin yaxın qohumu da tutulub
Region
15 İyun , 2015 06:35
Gürcüstanda İŞİD-ə muzdlu əsgər göndərən şəxslər həbs olunub

Bakı. 15 İyun. REPORT.AZ/ Gürcüstanın Pankisi dərəsində terrorçu İŞİD qruplaşmasının liderlərindən biri olan Tarxan Batiraşvilinin yaxın qohumu həbs olunub.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Pankisi dərəsində yaşayan insanları Suriyaya muzdlu əsgər kimi göndərməyə çalışan beş nəfər 100 polis əməkdaşının cəlb olunduğu xüsusi əməliyyat nəticəsində tutulub.

Həbs olunanlar arasında Batiraşvilinin qohumu Qayoz Borçaşvilinin də adı keçir.

Son xəbərlər

Orphus sistemi