Gürcüstanda İran vətəndaşı 17 il azadlıqdan məhrum edilib

Gürcüstanda İran vətəndaşı 17 il azadlıqdan məhrum edilib Bakı. 8 avqust. REPORT.AZ/ Gürcüstanın Rustavi şəhər məhkəməsi İran vətəndaşını 17 il azadlıqdan məhrum edib.
Region
8 Avqust , 2018 13:32
Gürcüstanda İran vətəndaşı 17 il azadlıqdan məhrum edilib

Bakı. 8 avqust. REPORT.AZ/ Gürcüstanın Rustavi şəhər məhkəməsi İran vətəndaşını 17 il azadlıqdan məhrum edib.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun saytı məlumat yayıb.

Xəbərdə bildirilib ki, həmin şəxs cari ilin fevral ayında Gürcüstana səfər edib. Polis onu Tbilisinin beynəlxalq hava limanında saxlayıb. Onun üzərində 168 qram heroin aşkarlanıb. Hüquq mühafizə orqanları İran vətəndaşının narkotik maddəni ölkəsindən Gürcüstana gətirdiyini müəyyənləşdirib.

O, Gürcüstan Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz istehsalı, əldə edilməsi, alveri, daşınması üzrə uyğun maddələri ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Həmin maddələr üzrə mühakimə edilənlər 8 ildən 17 ilədək, yaxud ömürlük azadlıqdan məhrum olunurlar. 

Son xəbərlər

Orphus sistemi