Gürcüstanda həbsxanada dava səbəbindən müəssisə direktoru işdən çıxarılıb

Gürcüstanda həbsxanada dava səbəbindən müəssisə direktoru işdən çıxarılıb Gürcüstanda uşaqların saxlanıldığı 11 saylı reabilitasiya müəssisəsində fiziki qarşıdurma olub.
Region
30 İyun , 2019 12:57
Gürcüstanda həbsxanada dava səbəbindən müəssisə direktoru işdən çıxarılıb

Gürcüstanda uşaqların saxlanıldığı 11 saylı reabilitasiya müəssisəsində fiziki qarşıdurma olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, insident zamanı bir yeniyetmə xəsarət alıb.

Xəstəxanaya çatdırılan yeniyetmənin vəziyyəti sabitdir, həyatına heç bir təhlükə yoxdur. Çənəsindən aldığı xəsarətə görə onun əməliyyat olunacağı gözlənilir.

Gürcüstan Ədliyyə Nazirliyinin Baş Təftiş İdarəsi faktla bağlı araşdırma aparır. Müəssisə direktorunun insidentə görə ədliyyə nazirinin əmri ilə vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. 

Son xəbərlər

Orphus sistemi