Gürcüstanda hakim partiyadan olan deputatın mandatının dayandırılması dəstəklənib

Gürcüstanda hakim partiyadan olan deputatın mandatının dayandırılması dəstəklənib Gürcüstan parlamentinin Prosedur məsələləri üzrə komitəsi hakim Gürcü Arzusu Partiyasından olan deputat Zakaria Kutsnaşvilinin mandatının vaxtından əvvəl dayandırılması məsələsinə baxıb.
Region
16 İyul , 2019 13:05
Gürcüstanda hakim partiyadan olan deputatın mandatının dayandırılması dəstəklənib

Gürcüstan parlamentinin Prosedur məsələləri üzrə komitəsi hakim Gürcü Arzusu Partiyasından olan deputat Zakaria Kutsnaşvilinin mandatının vaxtından əvvəl dayandırılması məsələsinə baxıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, komitə parlament üzvünün səlahiyyətərinin dayandırılmasını yekdilliklə dəstəkləyib.

Məsələ ilə bağlı yekun qərar parlamentin növbədənkənar plenar iclasında qəbul olunacaq.

Qeyd edək ki, Z.Kutsnaşvili iyulun 3-də mandatının vaxtından əvvəl dayandırılması ilə bağlı parlament sədri Arçil Talakvadzeyə müraciət edib. O, Tianeti, Kazbeqi və Duşeti bölgələrindən majoritar qaydada seçilmiş deputatdır. Deputat Parlamentlərarası Pravoslav Assambleyasında (PPA) Gürcüstan nümayəndə heyətinin başçısı olub. Deputat Gürcüstanda böyük etirazlara səbəb olan PPA-nın Tbilisidə keçirilən 26-cı Baş Assambleyasının təşkilatçılarından biri olub.

Son xəbərlər

Orphus sistemi