Gürcüstanda güclü qar səbəbindən yolun bəzi hissələrində hərəkət dayandırılıb

Gürcüstanda güclü qar səbəbindən yolun bəzi hissələrində hərəkət dayandırılıb Son sutka ərzində Gürcüstanın demək olar ki, bütün dağ rayonlarına qar yağıb
Region
6 Yanvar , 2015 11:52
Gürcüstanda güclü qar səbəbindən yolun bəzi hissələrində hərəkət dayandırılıb

Bakı. 6 yanvar REPORT.AZ/ Gürcüstanda güclü qar və duman səbəbindən yolun bəzi hissələrində hərəkət dayandırılıb. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ölkənin yol xidmətlərinin məlumatına əsasən, hərəkət Kazbeq rayonunda yolda, Gürcüstanın cənubundakı Axaltsixe-Ninotsminda yolunun bir hissəsi, eləcə də Gürcüstanın qərbində bir sıra avtomobil yollarının müəyyən hissələrində hərəkət dayandırılıb. 

Son sutka ərzində Gürcüstanın demək olar ki, bütün dağ rayonlarına qar yağıb, bəzi yerlərdə qar örtüyünün hündürlüyü 1 metrdən çox olub. 

Son xəbərlər

Orphus sistemi