Gürcüstanda işəgötürmə zamanı etnik və dini diskriminasiya qadağan olunacaq

Gürcüstanda işəgötürmə zamanı etnik və dini diskriminasiya qadağan olunacaq Tbilisi. 20 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsində ölkənin Əmək Məcəlləsinə düzəlişlər ikinci oxunuşda müzakirə olunub.
Region
20 Dekabr , 2018 15:44
Gürcüstanda işəgötürmə zamanı etnik və dini diskriminasiya qadağan olunacaq
0 : 00
0 : 00

Tbilisi. 20 dekabr. REPORT.AZ/ Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsində ölkənin Əmək Məcəlləsinə düzəlişlər ikinci oxunuşda müzakirə olunub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, düzəlişlər layihəsi işəgötürmə zamanı istənilən əlamətə görə diskriminasiyaya qadağanın qoyulmasını nəzərdə tutur.

Qanun layihəsinə əsasən, vakansiyaların elan olunması zamanı və namizədlərin seçim mərhələsində dil, irqi, etnik, milli və sosial mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunacaq.

Sənədə əsasən, yaşa, cinsi oriyentasiyaya görə, məhdud imkanlı insanlara qarşı, dini, ictimai və ya siyasi təşkilatlara üzvlük, ailə vəziyyəti, siyasi və ya digər baxışlara görə diskriminasiya da yolverilməz olacaq.

Bundan başqa, ayrı-seçkiliyə qadağa işəgötürənin daxili nizam qaydaları, kollektiv müqavilə və digər sənədlərində də əksini tapmalıdır.

Qanun layihəsi qanunverici orqan tərəfindən qəbul olunandan və dövlət başçısı tərəfindən imzalanandan sonra qüvvəyə minəcək. 

Son xəbərlər

Orphus sistemi