Gürcüstanda ət bahalaşıb

Gürcüstanda ət bahalaşıb Gürcüstanda mal ətinin qiymətində 2 lari bahalaşma qeydə alınıb.
Region
30 İyul , 2019 12:12
Gürcüstanda ət bahalaşıb

Gürcüstanda mal ətinin qiymətində 2 lari bahalaşma qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “Business Press News” nəşri yazıb.

Tbilsinin aqrar bazarlarında bir ay bundan qabaq kiloqramı 18 lari (10,4 manat) olan mal əti hazırda 20 lariyə (11,5 manat) təklif olunur. Mağazalarda isə ətin qiyməti 21 lari (12 manat) təşkil edir.

Qonşu ölkədə ətin bahalaşması bu qida məhulunun çatışmazlığı və xarici ölkələrə diri mal-qaranın ixracı ilə əlaqələndirilir.

Mal ətinin qiymətinin artmasının davam edəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi