Gürcüstanda ərzaq malları bahalaşıb

Gürcüstanda ərzaq malları bahalaşıb Avqust ayında inflyasiya 0,4% təşkil edib
Region
6 Sentyabr , 2016 12:13
Gürcüstanda ərzaq malları bahalaşıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Gürcüstanda ərzaq malları və alkoqolsuz içkilərin qiymətləri 1,4% artıb. 

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidmətinin məlumatda deyilir. 

İyul ayı ilə müqayisədə avqustda qiymətlər nəqliyyat sahəsində (0,3%), mebel, ev əşyaları, evə qulluq (0,1%), istirahət, əyləncə və mədəniyyət sahəsində (0,9%), mehmanxana, kafe və restoranlar xidməti sahəsində (0,2%) artıb, eləcə də digər mallar və xidmətlər 0,3% bahalaşıb. 

Avqust ayında Gürcüstanda inflyasiya 0,4% təşkil edib.

Son xəbərlər

Orphus sistemi