Gürcüstanda Ermənistan vətəndaşı qanunsuz narkotik maddə saxladığı üçün tutulub

Gürcüstanda Ermənistan vətəndaşı qanunsuz narkotik maddə saxladığı üçün tutulub Onun barəsində Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz əldə edilməsi və saxlanılması maddəsi ilə cinayət işi açılıb
Region
13 Oktyabr , 2015 12:23
Gürcüstanda Ermənistan vətəndaşı qanunsuz narkotik maddə saxladığı üçün tutulub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Veniamin A. qanunsuz olaraq, böyük miqdarda narkotik maddə saxladığı üçün tutulub.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, onun üzərindən 1,3492 q., heroin və 0,0507 q. amfetamin narkotik vasitəsi aşkar edilib.

Ermənistan vətəndaşı barəsində Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz əldə edilməsi və saxlanılması maddəsi ilə cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi