Gürcüstanda erməni kilsəsi qarət olunub

Gürcüstanda erməni kilsəsi qarət olunub Gürcüstanın Axaltsixe şəhərinin Rabat rayonu ərazisində yerləşən erməni apostol kilsəsi qarət olunub.
Region
21 İyul , 2019 21:52
Gürcüstanda erməni kilsəsi qarət olunub

Gürcüstanın Axaltsixe şəhərinin Rabat rayonu ərazisində yerləşən erməni apostol kilsəsi qarət olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, kilsədən təxminən 200 lari pul oğurlanıb.

İbadət yerindən pulla yanaşı, ikona və xaçlar da aparılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

Qarətçinin şəxsiyyəti müəyyən olunub və onun saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi