Yuxarı

Gürcüstanda əcnəbilər külli miqdarda saxta avro ilə saxlanılıblar

​Gürcüstanda əcnəbilər külli miqdarda saxta avro ilə saxlanılıblar

Gürcüstanın Kvemo Kartli (Borçalı) bölgəsində külli miqdarda saxta pul reallaşdıran iki əcnəbi vətəndaş saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Saxlanılan şəxslərin 500 avro nominalında 20 saxta əskinası reallaşdırdıqları müəyyən olunub.

İstintaq tədbirləri çərçivəsində onlardan, ümumilikdə, 10 min avro saxta pul müsadirə edilib.

Faktla bağlı cinayət işi açılıb. 

Saxlanılan şəxsləri yeddi ildən on ilədək həbs cəzası gözləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi