Yuxarı

Gürcüstanda dörd İŞİD üzvü saxlanılıb

Bu şəxslərin üzərindən qumbara, silah və İŞİD bayrağı tapılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Gürcüstanın qərbində terrorçu İŞİD təşkilatı ilə əlaqədə şübhəli bilinən dörd şəxs saxlanılıb. 

"Report"-un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu şəxslərin üzərindən qumbara, silah və İŞİD bayrağı tapılıb.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin sədr müavini Levan İzoriya öncəki gün bildirmişdi ki, hazırda Suriyada terrorçular arasında 50-ya yaxın Gürcüstan vətəndaşı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi