Gürcüstanda "donuz qripi"nə görə bir neçə xəstəxana fövqəladə iş rejiminə keçib

Gürcüstanda "donuz qripi"nə görə bir neçə xəstəxana fövqəladə iş rejiminə keçib Tbilisi. 7 yanvar. REPORT.AZ/ Gürcüstanda qrip virusunun geniş yayılması ilə bağlı Tbilisidə beş ilkin tibbi yardım müəssisəsi fövqəladə iş rejiminə keçib.
Region
7 Yanvar , 2019 11:44
Gürcüstanda donuz qripinə görə bir neçə xəstəxana fövqəladə iş rejiminə keçib
0 : 00
0 : 00

Tbilisi. 7 yanvar. REPORT.AZ/ Gürcüstanda qrip virusunun geniş yayılması ilə bağlı Tbilisidə beş ilkin tibbi yardım müəssisəsi fövqəladə iş rejiminə keçib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin xəstəxanalar bu gündən etibarən saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərəcək.

Yanvarın 8-dən başlayaraq isə səhiyyə ocaqları 24 saatlıq iş rejiminə keçəcək.

Gürcüstanın Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək qripin ilk simptomları yaranan kimi dərhal həkimə müraciət etməyə çağırıb. Qurumdan bildirilib ki, ölkədə mövsümi qripin yayılmasının azalma tendensiyası müşahidə olunur.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda “donuz qripi” adlandırılan H1N1 virusuna yoluxmadan 8 nəfər ölüb. 

Son xəbərlər

Orphus sistemi