Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 8 nəfərə çatıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 8 nəfərə çatıb Tbilisi. 4 yanvar. REPORT.AZ/ Gürcüstanda H1N1 virusuna (“donuz qripi”) yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb.
Region
4 Yanvar , 2019 12:47
Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 8 nəfərə çatıb

Tbilisi. 4 yanvar. REPORT.AZ/ Gürcüstanda H1N1 virusuna (“donuz qripi”) yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, H1N1 virusu diaqnozu ilə Tbilisinin İnqorovka xəstəxanasında müalicə olunan gənc öülb.

Pasiyentin “donuz qripi”ndən ölməsi laborator şəraitdə təsdiq olunub.

Xəstəxanadan bildirilib ki, təxminən, 30 yaşda olan gənc iki gün tibbi müəssisədə müalicə alıb, lakin onun vəziyyəti çox ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

H1N1 virusundan daha bir nəfərin də öldüyü bildirilir.

Gürcüstanın səhiyyə naziri David Sergeenko deyib ki, ölkədə qripə yoluxma halları çoxalsa da, təlaş üçün heç bir əsas yoxdur: “Bizdə epidemiya yoxdur, bizdə yalnız yoluxma halları artıb”.

Qeyd edək ki, Gürcüstanda bu günə qədər H1N1 virusundan ölənlərin sayı 6 nəfər təşkil edib. Ölüm hallarının 4-ü Acarıstan Muxtar Respublikasında qeydə alınıb. Hazırda muxtar respublikda uşaqlar da daxil olmaqla, təxminən, 130 nəfər qrip virusundan xəstəxanada müalicə olunur. 

Son xəbərlər

Orphus sistemi