Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 20-yə çatıb

Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 20-yə çatıb Tbilisi. 26 yanvar. REPORT.AZ/ Gürcüstanın Zuqdidi şəhərində donuz qripi adlandırılan A (H1N1) virusundan bir nəfər ölüb.
Region
26 Yanvar , 2019 13:07
Gürcüstanda donuz qripindən ölənlərin sayı 20-yə çatıb

Tbilisi. 26 yanvar. REPORT.AZ/ Gürcüstanın Zuqdidi şəhərində "donuz qripi" adlandırılan A (H1N1) virusundan bir nəfər ölüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxs qrip simptomları ilə xəstəxanaya yerləşdirilib və ötən gün dünyasını dəyişib.

Bununla da qonşu ölkədə "donuz qripi"ndən ölənlərin sayı 20 nəfərə çatıb.

Hazırda Zuqdidi xəstəxanasında 19 pasiyent qripdən müalicə olunur. Onlardan 6-sı uşaqdır.

Son xəbərlər

Orphus sistemi