Gürcüstanda dolunun ziyan vurduğu kəndlərin sakinləri magistral yolu bağlayıblar

Gürcüstanda dolunun ziyan vurduğu kəndlərin sakinləri magistral yolu bağlayıblar Gürcüstanın Qori rayonunda dolunun ziyan vurduğu 7 kəndin sakinləri etiraz aksiyası keçirirlər.
Region
27 May , 2019 14:17
Gürcüstanda dolunun ziyan vurduğu kəndlərin sakinləri magistral yolu bağlayıblar

Gürcüstanın Qori rayonunda dolunun ziyan vurduğu 7 kəndin sakinləri etiraz aksiyası keçirirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onlar dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi tələbi ilə magistral yolu bağlayıblar.

Sakinlər kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi naziri Levan Davitaşvili ilə görüş tələb edirlər. Onlar nazirlə görüşməyənədək aksiyanı dayandırmayacaqlarını bildiriblər.

Hadisə yerinə çox sayda polis cəlb olunub.

L.Davitaşvilinin saat 16:00-da etirazçılarla görüşəcəyi gözlənilir.

Qeyd edək ki, mayın 25-də yağan intensiv dolu Qori rayonunun 15 kəndinə ciddi ziyan vurub. 

Son xəbərlər

Orphus sistemi