Gürcüstanda "dinləmə" haqqında yeni qanun qüvvəyə minib

Gürcüstanda "dinləmə" haqqında yeni qanun qüvvəyə minib Texniki vasitələrlə izləməni bu qanuna əsasən yaradılmış əməliyyat-texniki agentliyi həyata keçirəcək
Region
30 Mart , 2017 13:15
Gürcüstanda dinləmə haqqında yeni qanun qüvvəyə minib

Bakı. 30 mart. REPORT.AZ/ Gürcüstanda bu gündən "dinləmələr" haqqında yeni qanun qüvvəyə minir. "Report" "Qruziya- Online" portalına istinadən xəbər verir ki, əməliyyat-texniki agentliyi üç ay ərzində yaradılacaq.

Qeyd edək ki, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili martın 20-də dinləmələrə icazə verilən agentliyin yaradılmasına veto qoymuşdu. Amma parlamentin səs çoxluğu ilə onu bir daha prezidentə təqdim etməsiylə dövlət başçısı qanunu təsdiqləyib.

Qanuna əsasən, bu qanuna görə yaradılmış əməliyyat-texniki agentliyi izləməni texniki vasitələrlə həyata keçirəcək. Prezident agentliyin Dövlət Təhlükəsizlik Xidmətinə yox, baş nazirin tabeliyində olmasını təklif edib.

Agentlik rəhbərini baş nazir təyin edəcək. Vakant vəzifəyə namizədləri Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri seçəcək və təsdiq edilmələri üçün Komissiyaya təqdim edəcək. Yeni xidmətin işinə parlament, baş nazir, məhkəmə, şəxsi məlumatların müdafiəsi üzrə müfəttiş və Dövlət Audit Xidməti nəzarət edəcək.

Son xəbərlər

Orphus sistemi