Gürcüstanda DİN-in poliqonunda partlayış olub, xəsarət alanlar var

Gürcüstanda DİN-in poliqonunda partlayış olub, xəsarət alanlar var Bakı. 29 aprel. REPORT.AZ/ Gürcüstanda Daxili İşlər Nazirliyinin (DİN) poliqonunda partlayış olub.
Region
29 Aprel , 2018 22:56
Gürcüstanda DİN-in poliqonunda partlayış olub, xəsarət alanlar var

Bakı. 29 aprel. REPORT.AZ/ Gürcüstanda Daxili İşlər Nazirliyinin (DİN) poliqonunda partlayış olub.

"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Qardabani rayonunun Krçanisi kəndində, nazirliyin Xüsusi Tapşırıqlar üzrə Departamentinin poliqonunda baş verib. Partlayış zamanı iki nəfər xəsarət alıb.

Hadisənin həmin şəxslərin mərminin aşkarlandığı əraziyə daxil olduqları zamanı baş verdiyi bildirilir. Qeyd edilir ki, onlar partlayıcı maddə ilə ehtiyatsız davranıblar.

Yaralıların vəziyyəti qənaətbəxşdir. 

Son xəbərlər

Orphus sistemi