Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə növbəti aksiya keçirilir

Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə növbəti aksiya keçirilir Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti aksiya keçirilir.
Region
30 İyun , 2019 20:07
Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə növbəti aksiya keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti aksiya keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, sayca onbirinci olan aksiyada az kütləvilik müşahidə olunur.

Aksiyaçılara müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri də qoşulub.

Aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Eyni tələblə parlament binasının önündə quraşdırılmış çadırlarda 5 aksiyaçı bir həftədən çoxdur aclıq aksiyası keçirir.

Son xəbərlər

Orphus sistemi