Gürcüstanda dəmiryol tuneli dağılıb, 2 nəfər yaralanıb

Gürcüstanda dəmiryol tuneli dağılıb, 2 nəfər yaralanıb Hadisə ilə bağlı araşdırma aparılır
Region
29 İyul , 2017 15:07
Gürcüstanda dəmiryol tuneli dağılıb, 2 nəfər yaralanıb

Bakı. 29 iyul. REPORT.AZ/ Gürcüstanın Xaraqaul bələdiyyəsinin Aneul kəndində dəmiryol tunelinin bir hissəsinin uçması nəticəsində 2 nəfər xəsarət alıb.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bələdiyyə başçısı Nikolaz Topuridze bildirib.

Dağıntı nəticəsində tikinti işləri ilə məşğul olan iki nəfər yaralanıb, onlardan birinin xəsarəti yungul, digərininki isə ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi