​Gürcüstanda daşqınlar nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

​Gürcüstanda daşqınlar nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb Daha 6 nəfər itkin düşmüş hesab olunur
Region
17 İyun , 2015 01:44
​Gürcüstanda daşqınlar nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

Bakı. 17 İyun. REPORT.AZ/ İyunun 14-nə keçən gecə Tbilisidə baş verən daşqınlar nəticəsində 19 nəfər həyatını itirib.

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Təhlükəsizlik və Böhran Vəziyyətlərində İdarəetmə Şurasının son məlumatlarına görə, 17 nəfərin şəxsiyyəti müəyyənləşib, iki nəfərin kimliyinin tanınması istiqamətində iş aparılır.

"Cəsədlərdən biri "Mziuri" parkı ərazisində aşkar edilib, digərini isə Kür çayı Qardabani rayonuna aparıb. 6 nəfər itkin düşmüş hesab edilir", — deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi