Gürcüstanda daha iki nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha iki nəfər koronavirusa yoluxdu Gürcüstanda daha iki nəfərdə koronavirus aşkarlanıb.
Region
1 Aprel , 2020 19:40
Gürcüstanda daha iki nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha iki nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə koronavirusa yoluxanların sayı 117 nəfərə çatıb.

Karantində 5 783, stasionar nəzarətdə isə 301 nəfər saxlanılır.

Bu günə qədər koronaviruslu xəstələrin 23-ü sağalıb, 94 nəfər isə bu xəstəlikdən müalicə olunur.

Son xəbərlər

Orphus sistemi