Gürcüstanda koronavirusa yeni yoluxma faktı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə koronavirusa yoluxma sayı 91-ə çatıb. Karantində 4 717, stasionar nəzarətdə isə 268 nəfər saxlanılır.
COVID-19 infeksiyasından sağalanların sayı 18 nəfər təşkil edir. Hazırda aktiv virus daşıyıcılarının sayı 73 nəfərdir.