Gürcüstanda daha bir nəfər qripdən ölüb

Gürcüstanda daha bir nəfər qripdən ölüb Tbilisi. 8 fevral. REPORT.AZ/ Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.
Region
8 Fevral , 2019 19:58
Gürcüstanda daha bir nəfər qripdən ölüb

Tbilisi. 8 fevral. REPORT.AZ/ Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, yüksək risk qrupuna daxil olan həmin şəxs xəstəxanada müalicə alıb.

Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. Ölüm faktlarının 8-i Acarıstan MR-in payına düşür. 

Son xəbərlər

Orphus sistemi