Yuxarı

Gürcüstanda bu il "donuz qripi"dən 10 nəfər ölüb

Gürcüstanda 287 virusa yoluxma halı qeydə alınıb

Bakı. 7 fevral. REPORT.AZ/ Gürcüstanda H1N1 virusundan daha bir ölüm halı qeydə alınıb.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, cümə günü Zuqdidi şəhərinin tibb mərkəzində 35 yaşlı kişi vəfat edib. Virus artıq laborator analizlərlə təsdiq edilib.

Beləliklə, ilin əvvəlindən Gürcüstanda qripdən 10 ölümlə nəticələnmə halı və 287 virusa yoluxma halı qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi