Gürcüstanda bələdiyyə seçkiləri başlayıb

Gürcüstanda bələdiyyə seçkiləri başlayıb Namizədlər arasında azərbaycanlılar da var
Region
21 Oktyabr , 2017 08:21

Tbilisi. 21 oktyabr. REPORT.AZ/ Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səhər saat 8:00-da 3644 seçki məntəqəsinin hamısı vaxtında açılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya çıxış edərək bildirib ki, bu gün seçicilər 2058 bələdiyyə üzvünü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər.

Bu gün 369 nəfər namizəd mer vəzifəsi, o cümlədən 13 nəfər paytaxt Tbilisi şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparır.

Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi, həmçinin, 4820 jurnalist izləyəcək.

Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.

Səsvermə saat 20:00-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi