Gürcüstanda Batumi otelində həlak olanların xatirəsi anılır

Gürcüstanda Batumi otelində həlak olanların xatirəsi anılır "Leogrand" hotelində yanğın nəticəsində 12 nəfər ölüb
Region
27 Noyabr , 2017 01:42
Gürcüstanda Batumi otelində həlak olanların xatirəsi anılır

Tbilisi. 27 noyabr. REPORT.AZ/ Bazar ertəsi Gürcüstanda matəm günüdür.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bütün dövlət bayraqları endirilib.

Ölkə əhalisi Batumidə “Leoqrand” otelində baş vermiş yanğın nəticəsində həlak olmuş insanların xatirəsini anır.

Noyabrın 24-dən 25-nə keçən gecə Batumidəki "Leogrand" hotelində baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb, 21 nəfər yaralanıb.

Ölənlərin 11-i Gürcüstan vətəndaşı, 1 nəfəri isə İran vətəndaşıdır.

Yanğın hoteldəki spa-salon mərkəzində başlayıb. Yanğınsöndürənlər 7-ci mərtəbədə təcrid olunmuş vəziyyətdə qalan 100-dək insanı xilas edə biliblər. 

Son xəbərlər

Orphus sistemi