Gürcüstanda baş vermiş yol qəzasında 5 nəfər yanaraq ölüb

Gürcüstanda baş vermiş yol qəzasında 5 nəfər yanaraq ölüb Polis hadisənin başvermə səbəbini araşdırır
Region
2 Yanvar , 2017 04:56
Gürcüstanda baş vermiş yol qəzasında 5 nəfər yanaraq ölüb

Bakı. 2 yanvar. REPORT.AZ/ Gürcüstanda ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şərqindəki Rustavi şəhərində qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən "BMW" markalı minik avtomobili Qəhrəmanlar abidəsinə çırpılıb.

Zərbə o qədər güclü olub ki, avtomobil yanmağa başlayıb. Nəticədə onun içindəki 5 nəfər yanaraq həlak olub.

Polis hadisənin başvermə səbəbini araşdırır.

Son xəbərlər

Orphus sistemi