Yuxarı

​Gürcüstanda baş verən sel nəticəsində itkin düşənləri Azərbaycanda da axtarırlar

Gürcüstan DİN rəhbəri: Ölənlərin cəsədlərinin Kür çayının apardığı istisna olunmur

Bakı.  26 iyun. REPORT.AZ/ Gürcüstanda sel nəticəsində itkin düşənlərin axtarışları Kür çayının bütün perimetri üzrə, o cümlədən, Azərbaycan ərazisində də aparılır. "Report" "Qruziya Online"na istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

"İtkin düşmüş insanların axtarışlarını xilasedicilər və bütün müvafiq strukturların nümayəndələri həyata keçirir. Bundan əlavə, ağır texnikadan da istifadə olunur. Bununla bağlı biz Azərbaycan tərəfi ilə də danışıqlar aparmışıq və onlardan Mingəçevir su anbarının ərazisini yoxlamalarını xahiş etmişik. Çünki Kür çayının suları ölənlərin cəsədlərini buraya gətirə bilərdi", - nazir bildirib.

Xatırladaq ki, iyunun 14-nə keçən gecə Tbilisidə güclü daşqın baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 19 nəfər həyatını itirib, 119 nəfəri uşaq olmaqla, ümumilikdə 457 nəfər evsiz qalıb, 3 nəfər isə hələ də itkin düşmüş hesab olunur.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi