Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə mal-qara arasında zəhərlənmə olub

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə mal-qara arasında zəhərlənmə olub Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində mal-qara arasında kütləvi zəhərlənmə baş verib.
Region
23 İyul , 2019 20:14
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə mal-qara arasında zəhərlənmə olub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində mal-qara arasında kütləvi zəhərlənmə baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nəticədə bir neçə ev heyvanı tələf olub.

Kənd sakinləri mal-qaranın otlaq sahəsində olan bitkidən zəhərləndiklərini ehtimal edirlər.

Gürcüstanın Milli Qida Agentliyindən bildirilib ki, laborator araşdırmalar üçün patoloji materiallar götürülüb və nəticələr yaxın günlərdə məlum olacaq.

İlkin məlumatlara əsasən, mal-qara arasında hər hansı bir infeksion xəstəlik olmayıb.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi