Gürcüstanda azərbaycanlılar yaşayan iki rayon tibbi maska ilə təmənnasız təmin edilir

Gürcüstanda azərbaycanlılar yaşayan iki rayon tibbi maska ilə təmənnasız təmin edilir Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarını yerli istehsal olan tibbi maskalarla təmənnasız olaraq təmin edir.
Region
24 Mart , 2020 18:13
Gürcüstanda azərbaycanlılar yaşayan iki rayon tibbi maska ilə təmənnasız təmin edilir

Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarını yerli istehsal olan tibbi maskalarla təmənnasız olaraq təmin edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib. Nazir deyib ki, ötən gün hər iki bələdiyyə üçün 10 min ədəd tibbi maska göndərilib.

N.Turnava bu günün sonuna qədər Marneuli və Bolnisiyə daha 50 min tibbi maskanın çatdırılacağını qeyd edib:

“Qoruyucu tibbi ləvazimatlar ilk olaraq karantin zonasında fəaliyyət göstərən şəxslər və yaşı 70-dən çox olan vətəndaşlara paylanılacaq”.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə ötən gündən Marneuli və Bolnisi rayonlarında ciddi karantin rejimi qüvvədədir.

Son xəbərlər

Orphus sistemi