Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Tbilisi yaxınlığındakı Poniçala kəndi və Marneuli rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dörd nəfər saxlanılıb.
Hadisə
31 İyul , 2019 11:27
Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Tbilisi yaxınlığındakı Poniçala kəndi və Marneuli rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dörd nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər mütəmadi olaraq müxtəlif növ narkotik vasitələr satıb. Onların yaşadıqları evlərdə axtarış zamanı narkotik vasitələr müsadirə olunub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi