Yuxarı

Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçiriblər - FOTO

​Gürcüstanda azərbaycanlı əlillər etiraz aksiyası keçirib

Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasının üzvləri Marneuli rayonunda etiraz aksiyası keçiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya Marneuli rayonunun bələdiyyə binasının qarşısında baş tutub.

Etirazçılar Marneuli rayon rəhbərliyinin əlil şəxslərə lazımı qayğı və diqqət göstərməməsindən şikayətləniblər.

Assosiasiyanın sədri Rövşən Əliyev bildirib ki, Gürcüstanda yaşayan fiziki məhdud və xüsusi qayğıya ehtiyacı olan azərbaycanlı vətəndaşların hüquqları tapdalanır və onların problemlərinə biganə yanaşılır.

Etirazçılarla görüşən Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı bildirib ki, builki yerli büdcə əlillərin üzləşdiyi bütün problemlərin həll olunması üçün kifayət etmir. O deyib ki, 2020-ci ilin büdcəsi üzərində iş aparılır və gələn ildən xüsusi qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həllinə səylər göstəriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi