Bakı. 11 aprel. REPORT.AZ/ Gürcüstan vətəndaşlarının 77 faizi ölkənin Avropa İttifaqına, 69 faizi isə NATO-ya üzv olmasının tərəfdar olduğunu bildirib.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu rəqəmlər Milli Demokratiya İnstitutunun (ABŞ) ölkədə keçirdiyi rəy sorğusunun nəticələrində göstərilib.
Sorğu Gürcüstanın 3 900 vətəndaşı arasında müsahibə yolu ilə fevralın 23-dən martın 14-dək keçirilib.
Araşdırmanı İsveçin İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyələşdirib.