Gürcüstanda antiterror əməliyyatı zamanı vətəndaşlara dəymiş ziyanı dövlət ödəyəcək - VİDEO

Gürcüstanda antiterror əməliyyatı zamanı vətəndaşlara dəymiş ziyanı dövlət ödəyəcək - VİDEO Tbilisi. 22 noyabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisinin İsani-Samqori rayonu ərazisindəki Qabriel Salos prospekti 156 ünvanında vətəndaşlara dəymiş ziyan tam ödəniləcək.
Region
22 Noyabr , 2017 16:44
Gürcüstanda antiterror əməliyyatı zamanı vətəndaşlara dəymiş ziyanı dövlət ödəyəcək - VİDEO
Report

Tbilisi. 22 noyabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisinin İsani-Samqori rayonu ərazisindəki Qabriel Salos prospekti 156 ünvanında vətəndaşlara dəymiş ziyan tam ödəniləcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Dövlət Təhlükəsizlik Xidmətindən bildiriblər.  

Xidmətin məlumatına görə, terrorçuların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən əməliyyatlar nəticəsində vətəndaşların mülkiyyətində olan evlərə ziyan dəyib: "Bu ziyan tam ödəniləcək".

Belə ki, binadakı xeyli mənzilə ziyan dəyib, antiterror əməliyyatı başa çatdıqdan sonra əraziyə baxış keçiriləcək və insanlara dəymiş ziyan dəqiqləşdiriləcək.

Qeyd olunub ki, terrorçular 9 mərtəbəli binanın 3-cü blokunda gizləniblər. Onların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.

Son xəbərlər

Orphus sistemi