Gürcüstanda antidiskriminasiya haqqında qanunun ləğvi tələb olunur, hakim partiya etiraz edir

Gürcüstanda antidiskriminasiya haqqında qanunun ləğvi tələb olunur, hakim partiya etiraz edir Gürcüstanda cinsi azlıq tərəfdarlarının əleyhdarları ölkədə “Antidiskriminasiya haqqında qanunun ləğv olunmasını tələb edirlər.
Region
9 İyul , 2019 12:14
Gürcüstanda antidiskriminasiya haqqında qanunun ləğvi tələb olunur, hakim partiya etiraz edir

Gürcüstanda cinsi azlıq tərəfdarlarının əleyhdarları ölkədə “Antidiskriminasiya haqqında" qanunun ləğv olunmasını tələb edirlər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ultramillətçilər ölkədə əxlaq pozğunluğunun təbliğini qadağan edən qanunun qəbul edilməsini təklif edirlər.

Gürcüstanın hakim Gürcü Arzusu Pariyası LGBT cəmiyyətinin qəti əleyhdarlarının tələbinə münasibət bildirib. Partiyanın icraçı katibi İrakli Kobaxidze “Antidiskriminasiya haqqında" qanunun nəzərdən keçiriləcəyini istisna edib.

Onun sözlərinə görə, qanunun qəbulu Gürcüstanın Avropaya inteqrasiyası yolunda şərtlərdən biri olub.

Qeyd edək ki, qonşu ölkədə istənilən əlamətə görə ayrı-seçkiliyi qadağan edən “Antidiskriminasiya haqqında" qanun 2014-cü ildə qüvvəyə minib. Qanuna əsasən, irqi, dərinin rəngi, cinsiyyət, vətəndaşlıq, din, ailə vəziyyəti, seksual oriyentasiya, gender mənsubiyyəti, siyasi baxışlar və digər xüsusiyyətlərdən asılı olmayaraq, insanların bərabərlik prinsipi təmin olunur.

Gürcüstan Patriarxlığı siyahıdan “seksual oriyentasiya” və “gender mənsubiyyəti” terminlərinin çıxarılmasını tələb etsə də, tələb yerinə yetirilməyib.  

Son xəbərlər

Orphus sistemi