Yuxarı

ABŞ-ın Gürcüstandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

​Gürcüstanda ABŞ səfirliyinin binası qarşısında etiraz aksiyası keçiri 371

"Gürcüstanın Vətənpərvərlər İttifaqı" müxalifət partiyasının onlarla üzvü və tərəfdarları ABŞ-ın Tiflisdəki səfirliyinin binasında qarşısında mitinq keçirərək ölkədə sosioloji sorğularla məşğul olan Milli Demokratik İnstitutun (NDI) və Beynəlxalq Respublikaçı İnstitutunun (IRI) fəaliyyətinin qadağan olunmasını tələb ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, mitinqin kadrlarını "Obyektiv" Televiziya Şirkəti canlı yayımda nümayiş etdirib.

"Biz heç kəsin müstəmləkəsi deyilik və yalanlara birlikdə "yox" deməliyik. NDI yoxdur! IRI yoxdur! Bu gün biz Amerika səfirliyi qarşısında ucadan bildiririk ki, bu təşkilatların Gürcüstandakı fəaliyyəti qadağan edilməlidir. Qoy onlar Gürcüstandan getsinlər”, - parlamentin vitse-spikeri, "Gürcüstanın Vətənpərvərlər İttifaqı"nın lideri İrma İnaşvili aksiyada toplaşanlar qarşısında çıxışında deyib.

Nümayişçilər hesab edirlər ki, NDI və IRI bir sıra müxalifət partiyalarının xeyrinə işləyir və sosioloji sorğuların doğru olmayan nəticələrini dərc edərək, Gürcüstan hakimiyyətini bu faktları araşdırmağa çağırır. İnaşvili əmindir ki, adları qeyd edilən təşkilatlar Gürcüstan-ABŞ münasibətlərinə zərər vurur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi