Gürcüstanda 4 uşağı dilənməyə məcbur edən ana və xala saxlanılıb

Gürcüstanda 4 uşağı dilənməyə məcbur edən ana və xala saxlanılıb Gürcüstanın Batumi şəhərində 4 uşağın istismarında şübhəli bilinən ana və uşaqların xalası saxlanılıb.
Region
22 İyul , 2019 16:40
Gürcüstanda 4 uşağı dilənməyə məcbur edən ana və xala saxlanılıb

Gürcüstanın Batumi şəhərində 4 uşağın istismarında şübhəli bilinən ana və uşaqların xalası saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, son bir il ərzində saxlanılan şəxslər psixi təzyiq və fiziki zorakılıq tətbiq etməklə 6-12 yaş arasındakı uşaqları dilənçilik etməyə məcbur ediblər.

Yeniyetmələr xüsusi mərkəzə yerləşdirilib. Onların sağlamlıq durumları ilə bağlı problemin olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır. Saxlanılan şəxsləri 14 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi