Yuxarı

Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Tbilisi. 20 sentyabr. REPORT.AZ/ Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) bu günə qədər 19 nəfərin prezidentliyə namizədliyini qeydiyyata alıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ali seçki qurumundan məlumat verilib. 

Bildirilib ki, hazırda 6 namizədin qeydiyyatı ilə bağlı prosedur həyata keçirilir.

Qeydiyyat zamanı bir təşəbbüs qrupuna və bir siyasi partiyaya sənədlərində mövcud problemlə bağlı prezident seçkilərində namizədlə iştirak etməyə icazə verilməyib. Bundan başqa, 19 təşəbbüs qrupu MSK-ya imzaları təqdim etmədiyindən onların irəli sürdüyü namizədlərin qeydiyyatı məsələsinə baxılmayıb.

Gürcüstan MSK prezidentliyə namizədlərin qeydiyyat prosesinə sentyabrın 28-də yekun vuracaq.

Qeyd edək ki, qonşu ölkədə prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. MSK-ya seçkilərdə öz namizədi ilə iştirak etmək istəyən 20 siyasi partiya və 26 təşəbbüs qrupundan müraciət daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi