Gürcüstanda 170 məhbus əfv edilib

Gürcüstanda 170 məhbus əfv edilib Onların arasında yeniyetmələr də var
Region
6 İyul , 2017 13:47
Gürcüstanda 170 məhbus əfv edilib

Bakı. 6 iyul. REPORT.AZ/ Gürcüstan prezidenti Georgi Merqvelaşvili 170 məhbusun əfv edilməsi haqda fərman imzalayıb.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Əfv Komissiyasının sədri Zviad Koridze bildirib.

Onun sözlərinə görə, əfv edilənlərdən 9-u qadındır: “Onların arasında yeniyetmələr də var”.

Zviad Koridze bildirib ki, 170 məhkumdan 120-si iyulun 6-da cəzaçəkmə müəssisəsini tərk edəcək, həbs müddətləri azaldılanlar isə cəzalarının qalan hissəsini çəkəcəklər.

Sədr komissiyanın 1073 məhkumun əfv edilməsi məsələsinə baxdığını deyib. 

Son xəbərlər

Orphus sistemi