​Gürcüstana yağan davamlı leysan fəsadlar törədib

​Gürcüstana yağan davamlı leysan fəsadlar törədib Bir neçə kənd xarici aləmdən təcrid olub
Region
22 Avqust , 2015 17:59
​Gürcüstana yağan davamlı leysan fəsadlar törədib

Bakı. 22 avqust. REPORT.AZ/ Gürcüstanın Raça regionuna yağan davamlı leysan yağışları nəticəsində bir neçə kənd xarici aləmdən təcrid olub.

"Report" Gürcüstan KİV-inə xəbər verir ki, On bələdiyyəsinin Böyük və Kiçik Gebi kəndlərində vəziyyət daha acınacaqlıdır. Həmin kəndlərə verilən elektrik enerjisi kəsilib.

Təbii fəlakət baş verən əraziyə xilasedicilər və texnika cəlb edilib. Hadisə nəticəsində dəyən ziyanı müəyyənləşdirmək üçün uyğun komissiya fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi