​Gürcüstana qızıl külçə və məmulatları keçirən Azərbaycan vətəndaşı saxlanılıb

​Gürcüstana qızıl külçə və məmulatları keçirən Azərbaycan vətəndaşı saxlanılıb Onu 5-7 il azadlıqdan məhrumetmə cəzası gözləyir
Region
23 İyun , 2016 14:26
​Gürcüstana qızıl külçə və məmulatları keçirən Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan vətəndaşı Ramin Nəbiyev Gürcüstan ərazisinə qanunsuz yolla böyük həcmdə qızıl külçə və məmulatları keçirdiyi üçün saxlanılıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, saxlanılan qızıl məmulatı 55 min lari (38 min manata yaxın) dəyərindədir.

Məlumata görə, faktla bağlı istintaq başlayıb. Ramin Nəbiyevi günahı sübut ediləcəyi halda 5-7 il azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi