Yuxarı

Gürcüstana qanunsuz şəkildə qızıl əşyaları keçirən Azərbaycan vətəndaşı saxlanılıb

​Gürcüstana qızıl əşyaları qanunsuz keçirən Azərbaycan vətəndaşı saxla

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü" gömrük-keçid məntəqəsində qızıl əşyaların ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 86, 21 qram olan qızıl zinət əşyaları aşkar olunub.

Əşyaların ümumi dəyəri 10, 123.8 lari təşkil edib.

Azərbaycan vətəndaşına qarşı qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi