Gürcüstana neft məhsullarının idxalı gecikmir

Gürcüstana neft məhsullarının idxalı gecikmir “Gürcüstana neft məhsullarının idxalında heç bir yubanma yoxdur”.
Region
24 Mart , 2020 22:04
Gürcüstana neft məhsullarının idxalı gecikmir

“Gürcüstana neft məhsullarının idxalında heç bir yubanma yoxdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Biznes Assosiasiyasının Neft, neft məhsulları və qaz üzrə komitəsinin rəhbəri Şavleq Mişveladze bildirib.

Onun sözlərinə görə, idxalla yanaşı neft məhsullarının daxili daşınması və yanacaq doldurma məntəqələrinə çatdırılmasında da gecikmələr müşahidə olunmur.

Ş.Mişveladze qeyd edib ki, iri neft şirkətləri koronavirusun yayılmasının qarşısının alınması üzrə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının tövsiyələrinə tam əməl edirlər. 

Son xəbərlər

Orphus sistemi