Yuxarı

Türkiyədən Gürcüstana külli miqdarda qanunsuz dərman idxalının qarşısı alınıb

Gürcüstana külli miqdarda dərmanın qanunsuz idxalının qarşısı alınıb

Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində iki nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılanlar ümumi dəyəri 37 min laridən çox (12,7 min dollar) olan müxtəlif növ medikamentləri Gürcüstan ərazisinə qanunsuz idxal etməyə çalışıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Saxlanılan şəxsləri 3 ildən 5 ilədək həbs cəzası gözləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi