Gürcüstana beynəlxalq NATO təlimləri ilə əlaqədar hərbi texnika göndərilib

Gürcüstana beynəlxalq NATO təlimləri ilə əlaqədar hərbi texnika göndərilib Təlimlər sentyabr ayında Vaziani poliqonunda keçiriləcək
Region
29 Avqust , 2016 15:52
Gürcüstana beynəlxalq NATO təlimləri ilə əlaqədar hərbi texnika göndərilib

Bakı. 29 avqust. REPORT.AZ/ "Agile Spirit-2016" beynəlxalq NATO təlimləri ilə əlaqədar Gürcüstana hərbi texnika göndərilib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, tanklar, ciplər, desant maşınları və artilleriya topları Bolqarıstanın Novo Selo kəndindən Gürcüstana istiqamət alıb.

"Agile Spirit-2016" beynəlxalq NATO təlimləri sentyabr ayında Vaziani (Tbilisi yaxınlığında) və Orpolo (Samtsxe-Cavaxetiya) poliqonlarında keçiriləcək. Təlimlərdə Gürcüstan, Türkiyə, Ukrayna, ABŞ, Bolqarıstan, Rumıniya və Latviyadan hərbçilər iştirak edəcəklər.

Xatırladaq ki, "Agile Spirit-2016" təlimləri 2011-ci ildən bəri hər il təşkil olunur. Ötən il təlimlər iyul ayında Vaziani poliqonunda keçirilib.

Son xəbərlər

Orphus sistemi